Tehran-Bakı əlaqələri ən yüksək siyasi və iqtisadi səviyyədədir
https://azeri.sahartv.ir/news/azərbaycan-i286256-tehran_bakı_əlaqələri_ən_yüksək_siyasi_və_iqtisadi_səviyyədədir
İranın Azərbaycan Respublikasındakı səfiri deyibdir ki, Tehran-Bakı əlaqələri ən yüksək siyasi və iqtisadi səviyyədədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 08, 2017 11:41 Asia/Baku
  • Tehran-Bakı əlaqələri ən yüksək siyasi və iqtisadi səviyyədədir

İranın Azərbaycan Respublikasındakı səfiri deyibdir ki, Tehran-Bakı əlaqələri ən yüksək siyasi və iqtisadi səviyyədədir.

İranın Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə bu gün IRNA ilə müsahibədə deyib: Mövcud atmosferdə Tehran ilə Bakının həmkarlığı üçün heç bir siyasi maneə yoxdur və şərait əlaqələrin bütün istiqamətlərdə genişlənməsi üçün münasibdir və tərəflərin iradəsi iki ölkənin imkan və bacarıqlarından istifadəyə yönəlibdir.

Cahangirzadə əlavə edib: İran ilə Azərbaycan Respublikası arasında əməkdaşlıqların genişləndirilməsi üzrə yeni iqtisadi imkanların öyrənilməsi səfirliklərin və birgə iqtisadi komissiyaların iş gündəmində durur.

İranın Azərbaycan Respublikasındakı səfiri bildirib ki, iki ölkə əlaqələri sırf olaraq, ikitərəfli deyil. O, deyib: Tehran və Bakı digər ölkələrlə regional məsələləri həll etməyə hazırdırlar.