İran EKO üzvləri ilə iqtisadi əlaqələrə təkid edib
-
İran EKO üzvləri ilə iqtisadi əlaqələrə təkid edib
İran İslam Respublikası rabitə və informasiya texnologiyaları naziri İqtisadi Əməkdaşlıq Təşkilatı EKO-ya üzv ölkələrin ümummilli istehsalının cəmi 5 trilyon dollar təşkil etməsinə toxunaraq deyib: Bu böyük iqtisadi potensial üzv ölkələr arasında qarşılıqlı əlaqələrə təkan verə bilər.
İRNA-nın verdiyi məlumata görə, İİR RİTN başçısı Məhəmməd Cavad Azəri Cəhromi bu gün Bakıda keçirilən EKO-nun RİTN rəhbərlərinin 2-ci iclasında deyib: EKO-ya üzv 10 ölkədə 500 milyon əhali yaşayır və bu region RİT ilə əlaqədar xidmətlər üçün geniş bazar hesab olunur.
EKO-ya üzv ölkələrin rabitə və informasiya texnologiyaları nazirlərinin ikinci iclası bu gün Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkilatın baş katibi Xəlil İbrahim Akça və Azərbaycaın rabitə və informasiya texnologiyaları naziri Ramin Quliyevin çıxışları ilə öz işinə başlayıb.