Dek 21, 2017 20:52 Asia/Baku
  • İran və AR sərhədçilərinin iclası
    İran və AR sərhədçilərinin iclası

İran İslam Respublikası və Azərbaycan Respublikasının sərhədçiləri arasında iclas İranın Astara şəhərindəki Spinas otelində keçirilib.

Bu iclasda qərara alınıb ki, səviyyəsi çayın digər yerlərinə nisbətən yüksək olan sərhəd Astaraçay çayının dörd nöqtəsi təmizlənsin.

Polkovnik Nozər Moradi İran İslam Respublikası və Azərbaycan Respublikasının sərhədçiləri arasında iclasın keçirilməsindən sonra müxbirimizə deyib: Son aylarda Astara şəhrestanı səthində baş vermiş sellər bu şəhrestanın sərhədyanı məntəqələrdəki sakinləri üçün problemlər yaradıbdır.

Astara şəhrestanı sərhəd polkonun komandanı sərhədçiliyin mühüm vəzifələrindən birini, sərhəd sakinlərinin hüquqlarının qorunması adlandırıb. O, deyib: Qarşıdakı sellər ilə mübarizə istiqamətində sərhəd Astaraçay çayının təmizlənməsi gündəmə salınıb və onun təmizlənməsi barədə araşdırmalar bu şəhrestanın icra hakiminin göstərişinə əsasən, həyata keçirilib.

O, bildirib ki, ölkənin sərhəd çayları üzrə komitənin üzvləri yerli araşdırma məqsədilə sərhəd Astaraçay çayından baxış keçiriblər. O, belə qeyd edib: Bu çayın təmizlənməsi ilə bağlı qərara alınıb ki, Azərbaycan Respublikasındakı Astara rayonunun sərhədçilərilə lazımi koordinasiyalar həyata keçirilsin.

Moradi bildirib ki, Astara-Astara sərhəd iclasında imzalanmış protokollara əsasən, qərara alınıbdır ki, sərhəd Astaraçay çayının təmizlənməsi gələn günlərdə həyata keçirilsin. O, deyib: Astara-Astara sərhəd iclasında qərara alınıbdır ki, səviyyəsi çayın digər yerlərinə nisbətən yüksək olan sərhəd Astaraçay çayının dörd nöqtəsi təmizlənsin.

Teqlər