İran və Azərbaycan müştərək avtomobil istehsal edirlər
https://azeri.sahartv.ir/news/azərbaycan-i291021-İran_və_azərbaycan_müştərək_avtomobil_istehsal_edirlər
İranın Azərbaycandakı ticarət Ataşşesi iki ölkənin müştərək avtomobil şirkətinin qeydiyyata alınmasından xəbər verərək deyib: Yaxın zamanda İran və Azərbaycan avtomobilqayırma şirkəti tərəfindən 5 müştərək avtomobil istehsal olunacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 02, 2018 13:58 Asia/Baku
  • İran və Azərbaycan müştərək avtomobil istehsal edirlər
    İran və Azərbaycan müştərək avtomobil istehsal edirlər

İranın Azərbaycandakı ticarət Ataşşesi iki ölkənin müştərək avtomobil şirkətinin qeydiyyata alınmasından xəbər verərək deyib: Yaxın zamanda İran və Azərbaycan avtomobilqayırma şirkəti tərəfindən 5 müştərək avtomobil istehsal olunacaq.

İRNA-nın verdiyi məlumata görə, İranın Azərbaycandakı ticarət ataşşesi Məhəmməd İbrahim Nəqizadə deyib: İran və Azərbaycan müştərək avtomobilqayırma şirkətinin adı AzKron-dur və Azərbaycan tərəfindən Azmaş şirkəti 75 İran tərəfindən İranXodro şirkəti  isə 25 faiz paya malikdir. 

Nəqizadə AzKron şirkətinin illik 10 min avtomobil istehsalı qabiliyyətinə malik olduğunu bildirərək deyib: İlkin istehsal həcmi illik 3 min avtomobildən ibarət olacaq və növbəti mərhələdə bu 5 min ədədə çatdırılacaq. 

AzKron avtomobilqayırma şirkəti Bakıdan 175 km məsafədə Neftçala ərazisində yerləşir.