Naxçıvan-Məşhəd qatarı yenidən fəaliyyətə başladı
Naxçıvan Muxtar Respublikası ilə Məşhəd şəhəri arasında sərnişin qatarı reysi yenidən fəaliyyətə başlayıb.
İRİB-in Bakıdan verdiyi məlumata görə, İİR-nin NMR-dəki baş konsulu Mənsur Ayrım bu xəbəri verərək deyib: Sərnişin qatarı 11 yanvarda yenidən fəaliyyətə başlayacaq.
Bu reysin fəaliyyətinin dayandırılmasının səbəblərinə toxunan Ayərm deyib: Səbəb təhlükəsizlik səviyyəsinin yüksəldilməsi olub və bu qatar üç vaqonla bir daha Naxçıvan ilə Məşhəd arasında öz fəaliyyətini Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd və əks istiqamətdə hərəkət edəcək.
İİR-in Naxçıvandakı baş konsulu 2018-ci il üçün Təbrizin islam dünyasının turizm, Naxçıvanın isə mədəniyyət paytaxtı adlandırılmasına toxunaraq deyib: Bu qatarın istifadəyə verilməsi turizmin rövnəqlənməsi və hər iki tərəfin bunun mənafeindən faydalanmasına öz töhfəsini verəcək.
Naxçıvan-Məşhəd qatarı ötən il dekabrın sonunda istifadəyə verilmişdi ancaq bir neçə ay sonra bu qatarın fəaliyyəti dayandırıldı. İndi isə bir daha fəaliyyəti bərpa olunub.