Əliyev prezidentliyi dövründəki nailiyyətləri açıqladı
Azərbaycan Respublikası prezidenti 14 illik prezidentliyi dövründə bu ölkə üçün böyük nailiyyətlərin əldə olunduğunu bildirib.
APA-nın verdiyii məlumata görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyev dövlət rəsmilərinin xüsusi iclasında prezidentliyi dövründəki nailiyyətləri şərh edərək iddia edib ki, bu respublika 2003-cü ildən böyük nailiyyətlər əldə edib və ölkənin hərtərəfli inkişafı təmin olunub.
Əliyev deyib: 14 il ərzində Azərbyacan Respublikası əhalisi 1,5 milyon nəfər artıb. Bu dövrdə maaşlar bir neçə dəfə artıb və önəmli ictimai layihələr icra olunub.
İlham Əliyev inflyasiya, yoxsulluq və işsizliyin artmasına toxunmadan deyib: Azərbaycanda enerji və nəqliyyat sektorlarında layihələrin icrası ölkənin davamlı inkşafı ilə nəticələnib.
Azərbaycan prezidenti deyib: Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft-qaz nəqli layihələri ölkənin inkişafı üçün lazımi şəraiti yaradıb.