Hakim partiya İlham Əliyevin prezident seçkilərinə namizədliyini rəsmən elan edib
-
Hakim partiya İlham Əliyevin prezident seçkilərinə namizədliyini rəsmən elan edib
Azərbaycan Respublikası prezidenti bir daha bu ölkədə növbəti prezident seçkilərinə namizədliyini irəli sürüb.
İRNA-nın verdiyi məlumata görə, Yeni Azərbayan Partiyasının icra katibi və Azərbaycan baş nazirinin müavini Əli Əhmədov bu gün müxbirlərə açıqlamasında deyib: Hakim partiyanın 2018-ci il prezident seçkilərinə namizədi İlham Əliyevdir.
O həmçinin növbəti prezident seçkilərində İlham Əliyevin qələbə qazanmasında gənclərin öz töhfələrini verəcəklərinə ümidvar olduğunu deyib.
Azərbaycan Respublikasında 8-ci prezident seçkiləri cari milad ili oktyabrın 17-də keçiriləcək.
2016-cı il sentyabrda keçirilən referendum nəticəsində konstitusiyaya edilən dəyişiklikdən sonra Azərbaycan Respublikası konstitusiyasına əsasən prezidentlik dövrü 5 ildən 7 ilə uzadılıb və beləliklə 8-ci prezident seçkilərində qalib gələn namizəd 7 il müddətində bu vəzifədə olacaq.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2003-cü ildən bəri hakimiyyətdədir.
Dünya üzrə bir çox respublika siyasi sistemlərində bir şəxsin sadəcə iki dəfə dalbadal prezident seçilə bilməsi prinsipinin əksinə olaraq Azərbaycan Respublikasında bir şəxsin müxtəlif dövrlərdə seçilməsinə heç bir məhdudiyyət yoxdur.