“Radioquraşdırma” zavodunda baş vermiş yanğının səbəbi bəlli deyil
Fev 07, 2018 10:20 Asia/Baku
Müdafiə Sənayesi Nazirliyi “Radioquraşdırma” zavodunda yanğınla bağlı məlumat yayıb.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Radioquraşdırma” zavodunda yanğınla bağlı məlumat yayıb. APA-nın xəbərinə görə, nazirliyin saytında dərc olunan məlumata əsasən, dümən saat 19:17 radələrində “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.
Hadisə zamanı xəsarət alan olmayıb.