Astarada İİR-AR İdman Olimpiadası başlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i295483-astarada_İİr_ar_İdman_olimpiadası_başlanıb
İran və Azərbaycan Respublikasının döyüş idman növləri üzrə ikinci olimpiadası "Astara-Astara" adı altında bu gün iki ölkədən olan 32 komandanın iştirakı ilə İranın Gilan vilayətində yerləşən Astara şəhrestanında başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 13, 2018 17:59 Asia/Baku
  • Astarada İİR-AR İdman Olimpiadası başlanıb
    Astarada İİR-AR İdman Olimpiadası başlanıb

İran və Azərbaycan Respublikasının döyüş idman növləri üzrə ikinci olimpiadası "Astara-Astara" adı altında bu gün iki ölkədən olan 32 komandanın iştirakı ilə İranın Gilan vilayətində yerləşən Astara şəhrestanında başlanıb.

"Astara-Astara" idman olimpiadasının keçirilməsi üzrə məsul şəxs- Qəfur Nəsiri IRNA ilə müsahibədə deyib: İran və Azərbaycan Respublikasının döyüş idman növləri üzrə ikinci olimpiadası 470 idmançının 32 komanda formasında taekvondo, cüdo və karate idman növlərində iştirakı ilə keçirilir.

Nəsiri əlavə edib: Bu dördgünlük idman olimpiadasının keçirilməsində məqsəd, İran və Azərbaycan Respublikasının idman əlaqə və münasibətlərinin genişləndirilməsidir.

Birinci "Astara-Astara" idman olimpiadası ötən yayda İranın Gilan vilayətində yerləşən Astara şəhrestanında keçirilmişdi.