Əli Həsənov: Azərbaycan Milan məhkəməsinin qərarı ilə kifayətlənmir
https://azeri.sahartv.ir/news/azərbaycan-i295797-Əli_həsənov_azərbaycan_milan_məhkəməsinin_qərarı_ilə_kifayətlənmir
Əli Həsənov: Azərbaycan Milan məhkəməsinin qərarı ilə kifayətlənmir və antiazərbaycançı dairələrlə bağlı müvafiq qaydada prosedurlara başlayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 16, 2018 09:57 Asia/Baku
  • Əli Həsənov: Azərbaycan Milan məhkəməsinin qərarı ilə kifayətlənmir

Əli Həsənov: Azərbaycan Milan məhkəməsinin qərarı ilə kifayətlənmir və antiazərbaycançı dairələrlə bağlı müvafiq qaydada prosedurlara başlayacaq.

Azərbaycan Respublikası prezidentinin siyasi və ictimai məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə İtaliyanın Milan məhkəməsinin bəraət qərarına toxunaraq deyib: Bu məsələnin Milan məhkəməsində irəli sürülməsi Azərbaycanın müxaliflərini işidir və ölkənin sağlam adını ləkələmək üçün həyata keçirilib.

İRİB-in Bakıdakı nümayəndəliyinin Yeni Müsavat qəzetinə istinadla verdiyi məlumata görə, Əli Həsənov əlavə edib: Milan məhkəməsinin 2018-ci il 13 fevral tarixli qərarı ötən ilin ortalarında məlum anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurum vasitəsilə yayılmış məlumatların əsassız, qərəzli olduğunu və Azərbaycanın sağlam beynəlxalq imicini ləkələmək məqsədi güddüyünü təsdiqləyib.

Həsənov xatırladıb: həmin dövrdə də biz açıqlama yayaraq OSSRP-nin imzası ilə dövriyyəyə buraxılmış bu iddiaların qərəzli, əsassız, təxribat xarakteri daşıdığını və Azərbaycana qarşı bəlli dairələr tərəfindən təşkil edilmiş çirkin qarayaxma kampaniyasının tərkib hissəsi olduğunu bildirmişdik. Göründüyü kimi, Milan məhkəməsinin obyektiv araşdırması da bunu bilavasitə təsdiqlədi. Azərbaycan hakimiyyəti dövlətin və onun tərəfdaşlarının imicini ləkələmək məqsədilə həyata keçirilən belə qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları haqqında kifayət qədər məlumatlıdır və yalnız Milan məhkəməsinin qərarı ilə kifayətlənmək niyyətində deyil. Biz bu çirkin əməldə əli olanlarla bağlı müvafiq qaydada hüquqi prosedurlara başlamaq niyyətindəyik.