Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri artırılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i295799-azərbaycan_dini_qurumlarla_İş_üzrə_dövlət_komitəsinin_səlahiyyətləri_artırılıb
Azərbaycan Respublikası bir fərman imzalayaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərini artırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 16, 2018 09:58 Asia/Baku
  • Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri artırılıb

Azərbaycan Respublikası bir fərman imzalayaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərini artırıb.

AzərTAc İnformasiya Agentliyinin məlumatına görə, İlham Əliyev cümə günü bir fərman imzalayaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərini artırıb və dini mərasimlərin keçirilməsi, vətəndaşların xaricdə dini təhsil almaq üçün ezam olunması ilə əlaqədar qaydaları islah edib.

Bu fərman Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət qaydalarının islahına şamil olur. Fərmana əsasən, dövlət komitəsi xaricdə dini təhsil almaq üçün Azərbaycan vətəndaşlarının ezam olunması, dini təlim mərkəzləri müəllimləri və tələbələrinin mübadiləsi üçün icazənin verilməsi kimi səlahiyyətlərə malik olacaq.

Həmçinin Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Koitəsi Qafqaz Müsəlmanları İdarəsinin müraciətinə əsasən, xaricdə dini təhsil alan vətəndaşlardan bir qrupu tərəfindən dini mərasimlərin təşkil olunmasına icazə verəcək.

Hal-hazırda Azərbaycan Respublikası qanunları xarici ölkələrdə dini təhsil mərkəzlərində təhsil alan vətəndaşlara dini mərasimlər keçirmək icazəsi vermir.

Təxminən 10 milyon əhalisi olan Azərbaycan Respublikası vətəndaşlarının 98%-ni müsəlmanlar, 75%-ə yaxınını isə şiələr təşkil edir.