Bakıda dördtərəfli iclasın yekun bəyanatı
Bakıda İran, Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin dördtərəfli iclasının sonunda yekun bəyanat qəbul edilib.
İRİB-nin Bakı ofisinin verdiyi məlumata görə, yekun bəyantı dörd ölkənin XİN rəhbərləri imzalayıblar.
Bəyanatda regionda sülh bə sabitliyin məhkəmləndirilməsi məqsədi ilə tarixi və mədəni ortaqlıqlara malik olan dörd ölkə xalqları arasında əlaqələr və əməkdaşlıqların genişləndirilməsinə hazırlıq vurğulanıb.
Tərəflər həmçinin 4 ölkə arasında əməkdaşlıqların genişləndirilməsi tempindən razılıq ifadə edərək qarşılıqlı etimad və dinc qonşuluq münasibətləri əsasında əməkdaşlıqların daha da dərinləşməsi sahəsində öz öhdəliklərini vurğulayıblar.
İran, Azərbaycan,Türkiyə və Gürcüstanın XİN rəhbərləri regional slüh və sabitliyin möhkəmləndirilməsində hər dörd ölkənin müştərək mənafeyini xatırladıblar və ölkələrin beynəlxalq səviyyədə rəsmən tanınan ərazi bütövlüyü, suverinliyi və səhədlərin toxunulmazlığı prinsipinə hörmətlə yanaşılması eləcə də regiondakı münaqişələrin dinc yolla həll edilməsinə sadiq qaldıqlarını vurğulayıblar.
Tərəflər həmçinin bütün sahələrdə əməkdaşlıqların genişləndirilməsi yollarının araşdırılması ilə razılaşıblar.
Dörd ölkənin XİN rəhbərləri enerji, nəqliyyat, bank, rabitə, sənaye, kənd təsərrüfatı və ekologiya sahələrində müştərək layihələrin həyata keçirilməsi, investisiya və ticarət potensiallarından maksimum istifadə edilməsi və iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi barədə razılığa gəliblər.
XİN rəhbərləri hər dörd ölkənin əlverişli coğrafı mövqeyini vurğulayaraq dörd ölkənin milli nəqliyyat infrastrukturlarının birləşdirilməsi və beynəlxalq nəqliyyat infrasturukturuna çevrilməsi istiqamətində atılan addımların əhəmiyyətini vurğulayıblar.
Bəyanatda İranın Çabahar və Bəndər Abbas limanlarını Rəşt-Astara dəmir yolu vasitəsi ilə Bakı-Tiflis-Qars dəmiryoluna qovuşduran nəqliyyat layihəsi vasitəsi ilə dörd ölkə arasında beynəlxalq tranzit əməliyyatının inkişaf etdirilməsinə, Terrorizm, ifratçılıq, separatizm, mütəşəkkil cinayətlər, nakotik qaçaqmalçılığı, silah və insan alveri, mədəni tarixi abidələrə qarşı qanunsuz əməllər və kibernetik cinayətlər sahələrində birgə əməkdaşlıqların daha da gücləndirilməsinə təkid ediblər.