Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticəsini təsdiqləyib
Aprelin 17-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. İclasda 8-ci prezident seçkilərinin nəticələri və İlham Əliyevin bu seçkilərdə qələbəsi rəsmən təsdiqini tapıb.
Azərtac Dovlət Xəbər Agentliyinin verdiyi məlumata görə, dünən Fərhad Bədəlbəylinin sədrliyi ilə keçirilən Konstitusiya məhkəməsinin iclasında nəhkəmənin hakimlər şurası Mərkəzi Seçki Komissiyiasının yekun hesabatını araşdırıb və seçkilərin nəticələrini, İlham Əliyevin səslərin 86.12 faizini qazanmış olmasını təsdiqləyib .
Azərbaycan Respublikası Konstitusiyasına görə seçkilərin nəticəsi Konstitusiya Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra 3 günədək prezidentin andiçmə mərasimi təşkil olunmalıdır.
Yeni Azərbaycan Partiyasının icra katibi Əli Həsənov andiçmə mərasiminin bu gün çərşənbə günü keçiriləcəyini bildirib.