Novruz Məmmədov Azərbaycan Respublikasının baş naziri təyin olunub
-
Novruz Məmmədov Azərbaycan Respublikasının baş naziri təyin olunub
Azərbaycan Respublikası Milli Məclisi bu ölkə Prezidentinin təklifi əsasında Novruz Məmmədovu bu ölkənin yeni baş naziri təyin edib.
Qafqaz mədəniyyət mərkəzinin verdiyi məlumata görə, Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə köməkçisi vəzifəsində fəaliyyət göstərən Novruz Məmmədov prezident İlham Əliyev tərəfindən baş nazir vəzifəsinə namizəd kimi təklif olunmuşdu.
71 yaşlı Novruz Məmmədov Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. O 82 yaşlı keçmiş baş nazir Artur Rasizadəni əvəz edib.
Azərbaycan Respublikası qanunlarına görə, baş nazir hökumətin iqtisadi məsələlərinə nəzarət edir, nazirlərin təyinatı və kabinetin təşkili isə prezidentin səlahiyyətlərinə daxildir və prezident ayrı-ayrılıqda fərmanlarla və parlamentdən etimad səsi almadan tədrici şəkildə nazirləri təyin edir.
Azərbaycan Respublikası konstitusiyasına görə, prezidentdən sonra ən yüksək siyasi vəzifə prezidentin birinci müavinidir.