Apr 23, 2018 20:02 Asia/Baku
  • İrəvan Bakıya xəbərdarlıq edib
    İrəvan Bakıya xəbərdarlıq edib

Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda yeni avantüralar məqsədilə ölkədəki hazırkı vəziyyətdən sui-istifadə haqda Azərbaycan Respublikasına xəbərdarlıq edib.

Bazar ertəsi günü Ermənistan baş nazirinin istefası ardınca, bu ölkənin Müdafiə Nazirliyi bildirib: Əldə olunan məlumatlara əsasən Azərbaycan Respublikasının siyasi və hərbi rəsmiləri Ermənistandakı son olaylara Qarabağa qarşı yeni avantüralar üçün fürsət kimi baxırlar.

Bu bəyanatda bildirilib: Ermənistan silahlı qüvvələrinin siyasi proseslərdə müdaxiləsi yoxdur. Lakin Ermənistanın təhlükəsizliyi və ərazi bütövlüyünün müdafiəsi çərçivəsində çalışır.

Ermənistanın Müdafiə nazirliyi bu bəyanatda həmçinin ölkə sərhədlərində destabillik və gərginliyə səbəb olacaq hərəkətlərlə bağlı etirazçılara çağırış edərək xəbərdarlıq edib: Qanun çərçivəsindən kənar toplantıların keçirilməsi və ölkədə qanuni hökumətin ələ keçirilməsinə cəhd gözlənilməz mənfi nəticələrə gətirib çıxara bilər.

Ermənistanda hökumət əleyhinə aksiyaların davam etməsi ilə yeni baş nazir Serj Sarkisyan bu gün öz vəzifəsindən istefa verib.

Teqlər