Bakıdakı Tramp qülləsində yanğın söndürülüb
-
Bakıdakı Tramp qülləsində yanğın söndürülüb
Bakıda otuzdan çox mərtəbəsi olan bir bina yanğına düçar olub.
Əhali arasında Tramp qülləsi kimi tanınan bu ticari bina Bakı vaxtı ilə saat on iki-on dəqiqədə yanmağa başlayıb.
Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bu haqda müxbirlərə belə deyib: Yanğın saat on iki-on dəqiqədə yanğınsöndürmə idarəsinə elan olunub və tez bir zamanda 25 ədəd müxtəlif təchizat yüz yardım və yanğınsöndürmə qüvvəsilə yanaşı hadisə yerinə gəlib və üç saat ərzində yanğın tamamilə söndürülübdür.
O, su çatışmazlığı və şəhərdəki ağır yol hərəkətini yanğının söndürülməsinin uzanması amilləri adlandırıb.
Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini qeyd edib ki, bu hadisədə insan xəsarəti olmayıb və yanğının səbəbi hələlik məlum deyil və bu barədə araşdırma aparılır.
O, yanğın zamanı bir nəfərin çölə atılması şayiəsini təkzib edibdir.