Azərbaycan parlamentinin sədri bəzi dairələri tənqid atəşinə tutdu
-
Azərbaycan parlamentinin sədri bəzi dairələri tənqid atəşinə tutdu
Azərbaycan Respublikası Milli Məclisinin sədri qərb ölkələrində anti-Azərbaycan dairələrinin rəsmi Bakı ilə Avropa Birliyinin münasibətlərinə zərbə vurmaqla bağlı səylərinin tənqid edib.
Aran Newsun məlumatına görə, Oqtay Əsədov Avropa Parlamentinin nümayəndəsi və Azərbaycan Respublikası məsələləri üzrə məruzəçisi Nurika Nikolayla görüşdə deyib: bəzi qərb ölkələri bu ölkənin müstəqil siyasətinə dözə bilmirlər.
Əsədov həmçinin Azərbaycan Respublikasının 2017-ci ildə Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramında iştirak edən ölkələrin dövlət başçılarının iclasında iştirak etdiyini xatırladıb və əlavə edib: Avropa Birliyi ilə münasibətlərin inkişaf etdirilməsini istəyirik.
Məlumata görə, Nurika Nikolay da Avropa Parlamentinin Milli Məclislə münasibətləri inkişaf etdirməyə maraqlı olduğunu bildirib.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin Avropa Parlamenti ilə münasibətlərin inkişaf etdirilməsi ilə əlaqədar açıqlaması ilə yanaşı qeyd edək ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı heyətinin rəhbəri Səməd Seyidov bu qurumun Azərbayana qarşı hesabatına reaksiyada hədələyib ki, Azərbaycan AŞPA-dan çıxacaq.
Son vaxtlar AŞPA-nın rəsmi araşdırma dairəsi bir hesabatda bildirib ki, Azərbaycan Respublikası bu asasmbleyanın şura üzvlərinə rüşvət verib.