Bakıda Azərbaycan R., Türkiyə və Ukrayna xarici işlər nazirləri müavinlərinin iclası keçirilib
May 05, 2018 03:21 Asia/Baku
-
Bakıda Azərbaycan R., Türkiyə və Ukrayna xarici işlər nazirləri müavinlərinin iclası keçirilib
Azərbaycan Respublikası, Türkiyə və Ukrayna xarici işlər nazirlərinin müavinləri üçtərəfli əlaqələri yüksəltmək məqsədilə dünən Bakıda bir araya gəliblər.
Bu görüşdə, Azərbaycan Respublikası, Türkiyə və Ukrayna xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov, Umit Yardım və Vasili Bodnar üç ölkə əlaqələrinin hazırkı durumu və gələcək perspektivlərini araşdırıblar.
Azərbaycan Respublikası, Türkiyə və Ukrayna xarici işlər nazirlərinin müavinləri bu görüşdə habelə bəzi regional və beynəlxalq məsələlər, eləcə də beynəlxalq orqanlar formasında əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıblar. Onlar nəqliyyat, energetika, ticarət və terrorizmlə mübarizə sahələrində əməkdaşlıq imkanlarını da nəzərdən keçiriblər.