Ermənistan Qarabağ münaqişəsinin ATƏT çərçivəsində həllini dəstəkləyir
https://azeri.sahartv.ir/news/azərbaycan-i323755-ermənistan_qarabağ_münaqişəsinin_atƏt_çərçivəsində_həllini_dəstəkləyir
Ermənistanın baş naziri Nikol Paşiniyan BMT baş asambleyasının növbəti sesiyasında etdiyi çıxışında bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı çərçivəsində həllinə dəstək verir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2018 16:13 Asia/Baku
  • Ermənistan Qarabağ münaqişəsinin ATƏT çərçivəsində həllini dəstəkləyir
    Ermənistan Qarabağ münaqişəsinin ATƏT çərçivəsində həllini dəstəkləyir

Ermənistanın baş naziri Nikol Paşiniyan BMT baş asambleyasının növbəti sesiyasında etdiyi çıxışında bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı çərçivəsində həllinə dəstək verir.

Sputnikin Vaşinqtondan verdiyi məlumata görə, Paşiniyan BMT asambleyasındakı dünənki çıxışında  deyib: Ermənistan ATƏT çərçivəsində münaqişələrin dinc yolla həllində instruktiv iştirakını davam etdirəcək...Bu qrum bu münaqişə ilə əlaqədar yeganə rəsmi beynəlxalq icazəyə malikdir.

“Əgər kimsə ermənilərin yeni genosidini arzulamırsa, Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasına yol verməməlidir”.

Ermənistan baş naziri Nikol Paşinyan deyib.

Paşinyan qondarma “respublika”nın “təhlükəsizliyinin” Ermənistanın prioritet məsələsi olduğunu açıqlayıb.

Bundan başqa, erməni baş nazir Azərbaycanın Dağlıq Qarabağın oyuncaq rejimi ilə dialoqa başlamalı olduğu barədə əvvəl söylədiklərini təkrarlayıb.

O, Azərbyacanın Qarabağda Naxçıvanda olduğu kimi (?) etnik təmizləmə aparmaq istədiyini iddia edib.

Azərbaycan Respublikası Xarixi İşlər Nazirliyi bu həftənin əvəllərində Spotnikə bildirmişdi ki, Azərbaycan və Ermənistan XİN başçıları sentyabrın 26-da Qarabağ Münaqişəsini müzakirə edəcəklər.