Tehran və Bakı rəsmiləri dəmiryolu nəqliyyatı və ikitərəfli iqtisadi inkişaf haqda müzakirə ediblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i323894-tehran_və_bakı_rəsmiləri_dəmiryolu_nəqliyyatı_və_ikitərəfli_iqtisadi_inkişaf_haqda_müzakirə_ediblər
Azərbaycan Respublikasının iqtisadiyyat naziri və İran İslam Respublikasının dəmiryolu şirkətinin baş icraçı direktoru iki ölkənin dəmiryolu nəqliyyatı sahəsindəki həmkarlıqları barədə müzakirə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 27, 2018 16:12 Asia/Baku
  • Tehran və Bakı rəsmiləri dəmiryolu nəqliyyatı və ikitərəfli iqtisadi inkişaf haqda müzakirə ediblər

Azərbaycan Respublikasının iqtisadiyyat naziri və İran İslam Respublikasının dəmiryolu şirkətinin baş icraçı direktoru iki ölkənin dəmiryolu nəqliyyatı sahəsindəki həmkarlıqları barədə müzakirə ediblər.

İran İslam Respublikasının dəmiryolu şirkətinin baş icraçı direktoru Səid Mohəmmədzadənin Bakıda Azərbaycan Respublikasının iqtisadiyyat naziri və iki tərəfin müştərək iqtisadi əməkdaşlıqlar komissiyasının azəri həmsədri Şahin Mustafayev ilə iclasında iki tərəf dəmryolu nəqliyyatı sahəsində ikitərəfli həmkarlıqların son durumunu, eləcə də iqtisadi məsələ və həmkarlıqları nəzərdən keçiribdir.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri bu görüşdə öncə Əhvaz terror hadisəsilə bağlı başsağlığı verib. O, sonra iki ölkənin iqtisadi və digər həmkarlıqlarına toxunaraq, bildirib ki, bu əməkdaşlıqlar müxtəlif sahələrdə, xüsusən dəmiryolu nəqliyyatı sahəsində uğurla davam edir.

Mustafayev deyib: İki ölkə rəsmilərinin qarşılıqlı səfərləri müxtəlif sahələrdə ikitərəfli həmkarlıqların inkişafında təsirli rol oyanır.

İran İslam Respublikasının dəmiryolu şirkətinin baş icraçı direktoru Səid Mohəmmədzadə də bu görüşdə İran tərəfində şimal-cənub dəmiryolu dəhlizinin təkmilləşdirilməsi sahəsində görülmüş işlər barədə hesabat verərək, bu fəaliyyətlərin təkmilləşdirilməsi üçün lazimi izləmələrə təkid edib.

Bu iclasda Azərbaycan Respublikasının dəmiryolu şirkətinin sədri Cavid Qurbanov və Ərdəbil valisi Əkbər Behnamcu da İran İslam Respublikasının Ərdəbil vilayəti ilə Azərbaycan Respublikası arasında dəmiryolu nəqliyyatı, həmçinin ticari və iqtisadi həmkarlıqların genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.