75 milyonluq ev alma qərarı Böhtandır
https://azeri.sahartv.ir/news/azərbaycan-i330950-75_milyonluq_ev_alma_qərarı_böhtandır
Azərbaycan Respublikası prezidentinin mətbuat katibi Azər Qasımov BBC-yə bildirib ki, İlham Əliyevin ailə üzvləri barədə gedən məlumatlar böhtandır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2018 06:49 Asia/Baku
  • 75 milyonluq ev alma qərarı Böhtandır
    75 milyonluq ev alma qərarı Böhtandır

Azərbaycan Respublikası prezidentinin mətbuat katibi Azər Qasımov BBC-yə bildirib ki, İlham Əliyevin ailə üzvləri barədə gedən məlumatlar böhtandır.

"Böhtanla dolu məqalədir", Azər Qasımov Guardian qəzetindəki yazı haqqında deyib.

Leyla və Arzu Əliyeva 2015-ci ildə 75.34 milyon dollara (£59.5 milyon) Knightsbridge məhəlləsində iki lüks mənzil almaq və sonra 3.80 milyon dollara (£3 milyon) onları birləşdirmək istəyiblər, Guardian qəzeti yazıb.

"Yalnız bir şey deyə bilərəm ki, The Guardian qəzetində prezidentin ailə üzvləri ilə bağlı gedən məlumatlar tam iftira, yalan, böhtan xarakteri daşıyan yazılardır" , prezidentin mətbuat katibi Azər Qasımov bildirib.

Onun sözlərinə görə, "əvvəllər də bu cür yazılar gedib, amma öz təsdiqini tapmayıb və Azərbaycana qarşı bu cür yazılar təxribat, böhtan və qarayaxma kampaniyasından başqa heç bir şey deyil".

Azər Qasımov əlavə edib ki, bu, "Azərbaycanın qonşuları ilə münasibətlərinin gücləndiyi bir şəraitdə təzyiqdən başqa bir şey deyil".