Azərbaycan Milli Məclisinin spikeri sabah İrana səfər gəlir
https://azeri.sahartv.ir/news/azərbaycan-i330960-azərbaycan_milli_məclisinin_spikeri_sabah_İrana_səfər_gəlir
Azərbaycan Milli Məclisinin spikeri sabah millət vəkillərindən ibarət bir heyətin başında iki günlük səfər məqsədi ilə İran İslam Respublikasına gələcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2018 14:31 Asia/Baku
  • Azərbaycan Milli Məclisinin spikeri sabah İrana səfər gəlir
    Azərbaycan Milli Məclisinin spikeri sabah İrana səfər gəlir

Azərbaycan Milli Məclisinin spikeri sabah millət vəkillərindən ibarət bir heyətin başında iki günlük səfər məqsədi ilə İran İslam Respublikasına gələcək.

Azərbaycan Respublikası Milli Məclisinin mətbuat xidməti bu ölkə Milli Məclisinin spikeri Oktay Əsədovun İran İslam Respublikasına olacaq səfər proqramını elan edərək, İrana səfər edəcək nümayəndə heyətinin tərkibində Milli Məclisin komissiya sədrləri Eldar İbrahimov, İsa Həbibbəyli, Hadi Rəcəbli və millət vəkilləri Hüseynbala Mirələmov, Şəmsəddin Hacıyev və digər millət vəkillərinin olacağını bildirib.

Bu məlumata görə, Oktay Əsədov və onu müşayiət edən heyət bu səfər çərçivəsində İran İslam Respublikası prezidenti Həsən Ruhani, İran İslam Şurası Məclisinin sədri Əli Laricani, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb, danışıqlar aparmalıdırlar.

Bu görüşlərdə ikitərəfli əlaqələrin habelə, parlamentlərarası əməkdaşlıqların genişləndirilməsi yolları müzakirə ediləcək.

Azərbaycan Respublikası Milli Məclisinin İranda səfərdə olacaq nümayəndə heyətin Urimyə şəhərinə də səfəri nəzərdə tutulub. Urmiyədə Qərbi Azərbaycanın ostandarı ilə görüş olmalıdır.