Azərbaycan Milli Məclisinin spikeri Tehranda İran İslam Şurası Məclisinin sədri ilə görüşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i331042-azərbaycan_milli_məclisinin_spikeri_tehranda_İran_İslam_Şurası_məclisinin_sədri_ilə_görüşüb
Azərbaycan Respublikası Milli Məclisinin spikeri Tehranda İran İslam Şurası Məclisinin sədri ilə görüşüb, danışıqlar aparıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 25, 2018 10:41 Asia/Baku
  • Azərbaycan Milli Məclisinin spikeri Tehranda İran İslam Şurası Məclisinin sədri ilə görüşüb
    Azərbaycan Milli Məclisinin spikeri Tehranda İran İslam Şurası Məclisinin sədri ilə görüşüb

Azərbaycan Respublikası Milli Məclisinin spikeri Tehranda İran İslam Şurası Məclisinin sədri ilə görüşüb, danışıqlar aparıb.

İRİB-nin verdiyi məlumata gör, İran İslam Şurası Məclisinin sədri Əli Laricani və Azərbaycan Respublikası Milli Məclisinin spikeri Oqtay Əsədov çərşənbə axşamı Tehranda görüşərək, ikitərəfli əlaqələr. regional məsələlər və beynəlxalq proseslər haqda fikir mübadiləsi aparıblar.

Oqtay Əsədov bu gün həmçinin İran İslam Respublikası prezidenti Həsən Ruhani və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani habelə, xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə də görüşüb, danışıqlar aparmalıdır.

Azərbaycan Respublikası Milli Məclisinin spikeri və onu müşayiət edən heyət sabah da Urmiyə şəhərində olaraq, Qərbi Azərbaycan vilayətinin icra başçısı ilə görüşüb danışıqlar aparacaq. Daha sonra isə Qərbi Azərbaycanın tarixi və mədəni mərkəzlərinə baxış keçirib, ticarət palatasının üzvləri və iş adamları ilə görüşəcək.