Tehran - Bakı əlaqələrinin hərtərəfli inkişafına təkid edildi
-
Tehran - Bakı əlaqələrinin hərtərəfli inkişafına təkid edildi
İran İslam Respublikası prezidenti Tehran - Bakı əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi habelə, iki ölkə arasında əldə olunmuş anlaşmaların icras prosesinin sürətləndirilməsinə təkid etdi.
İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı dost, qonşu və qardaş ölkə olaraq Azərbaycan Respublikası ilə əlaqələrin genişləndirilməsini İran üçün önəmli adlandırıb və deyib: Xoşbəxtlikdən iki ölkə əlaqələri ötən illərdə inkişaf halında olub və bu gün Tehran və Bakı arasında yaxın və səmimi münasibətlərin şahidiyik.
Həsən Ruhani İran və Azərbaycan prezidentlərinin ötən 5 ildə 12 dəfə görüşdüklərinə işarə edərək, deyib: İki ölkə rəsmilərinin yaxın münasibətləri və ciddi səylərinin nəticəsi ikitərəfli əlaqələrin yüksələn xətt üzrə inkişafı olub.
Cənab Ruhani əlavə edib: Azərbaycan Respublikası mədəniyyət, din, məzhəb və dil ortaqlıqları baxımından İrana ən yaxın ölkələrdən biridir və bu ölkənin müstəqilliyini əldə etdiyi zamandan İran və Azərbaycan arasında yaxın əlaqələr mövcud olub.
İran prezidenti iki ölkənin şimal-cənub marşrutunun çəkilməsindəki birgə əməkdaşlığına və Astara-Astara dəmri yolunun bir-birinə qovuşdurulması habelə, Astara-Rəşt dəmir yolunun təkmilləşdirilməsi üzrə işləri ikitərəfli əlaqələrdəki mühüm əməkdaşlıqlardan adlandırıb.
Həsən Ruhani daha sonra regional ixtilafların siyasi müstəvidə və müzakirə yolu ilə həll edilməsinə də təkid edərək, deyib: regional məsələlərin xalqların hüquqlarının qorunması çərçivəsində həll edilməsinə səy göstərilməlidir və bu xüsusda İran İslam Respublikası regional münaqişələrin həllinə kömək etməyə hazırdır.
Azərbaycan Respublikası Milli Məclisinin spikeri Oqtay Əsədov da bu görüşdə İran və Azərbaycanı iki dost və qardaş ölkə adlandıraraq, bu üzdən iki ölkə arasında səmimi münasibətlərin olduğunu deyib.
İki ölkə başçılarının əlaqələrin genişləndirilməsinə xüsusi önəm verməsi ikitərəfli əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsinə səbəb olub - deyə Əsədov bildirib.
Azərbaycan Milli Məclisinin spikeri İranın regional və beynəlxalq məsələlərlə bağlı mövqeyini habelə, qonşu ölkələrin ərazi bütövlüyü və milli hakimiyyətini dəstəkləməsini də hörmətə layiq addım adlandırıb və deyib: Heç şübhəsiz reginal problemlər elə region ölkələri tərəfindən həll edilməlidir.