AXCP və Müsavat gəlmədi
https://azeri.sahartv.ir/news/azərbaycan-i331120-axcp_və_müsavat_gəlmədi
Dekabrın 25-də KXCP qərargahında müxalif siyasi təşkilatların və ictimai-siyasi xadimlərin zirvə toplantısı keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 26, 2018 05:43 Asia/Baku
  • AXCP və Müsavat gəlmədi
    AXCP və Müsavat gəlmədi

Dekabrın 25-də KXCP qərargahında müxalif siyasi təşkilatların və ictimai-siyasi xadimlərin zirvə toplantısı keçirilib.

Azərbaycan Milliyyətçi Demokrat Partiyasının lideri, sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü və təşkilatçılığı ilə baş tutan toplantıya 100-ə yaxın siyasi qatılıb. Dəyirmi masada 20-yə yaxın partiyanın sədri iştirak edib. Musavat.com-un müxbiri həmin tədbirdə olub və yazır ki, Müsavat və AXCP-dən başqa bütün tanınmış müxalif partiyalar toplantıya qatılıblar.

 

AXP sədri Pənah Hüseyn bildirib ki, çıxış yolunun bu dəfə də birlik yaratmaq olduğunu düşünmür. O deyib ki, əvvəllər də müxalifətin birlikləri olub, lakin nəticə olmayıb.