Prezidenti Əliyev 2018-ci ili uğurlu dəyərləndirdi
-
Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində bildirib ki, 2018-ci ildə Azərbaycan qonşu ölkələrlə münasibətlərini möhkəmləndirib.
Prezidenti İlham Əliyev qeyd edib: Bütövlükdə 2018-ci il l Azərbaycan üçün uğurlu olub. Azərbaycan uğurla inkişaf edib. Biz beynəlxalq miqyasda əsas tərəfdaşlarımızla, ilk növbədə, qonşu ölkələrlə ənənəvi münasibətimizi möhkəmləndirmişik. Xəzər dənizinin hüquqi statusunun nizamlanması haqqında Konvensiya imzalanıb. Hesab edirəm ki, bu, Xəzəryanı ölkələri bir-birinə daha da yaxınlaşdıran tarixi sənəddir.
Azərbaycan Respublikasının Prezidenti əlavə edib: "Bizim üçün ikitərəfli formatda fəal keçdi. Biz xeyli ikitərəfli görüşlər keçirmişik, beynəlxalq təşkilatlar daxilində fəal iştirak etmişik. Qoşulmama Hərəkatının üzvü olan ölkələrin xarici işlər nazirləri səviyyəsində Bakıda beynəlxalq forum keçirilib. Gələn il Sammit keçiriləcək və Azərbaycan gələn il bu iri beynəlxalq təşkilata rəhbərlik edəcək. Daxili-siyasi proseslər nöqteyi-nəzərindən ölkə uğurla inkişaf edib. Azərbaycanın daxilində potensial risklər mövcud deyil. Xarici potensial risklərə gəlincə isə biz onlardan özümüzü qoruya bilirik." -prezident Əliyev müsahibəsində belə deyib.