Azərbaycan Pakistanın neft ehtiyacını təmin etməyə hazırdır
Apr 07, 2019 15:39 Asia/Baku
-
Azərbaycan Pakistanın neft ehtiyacını təmin etməyə hazırdır
Azərbaycan Respublikasının Pakistandakı səfiri ölkəsinin uzun müddətli ödəniş sistemi ilə İslamabadın neft ehtiyacını təmin etməyə hazır olduğunu dedi.
İRNA-nın məlumatına görə, Əli Əlizadə İslamabadda keçirilən beynəlxalq neft və enerjsi iclasında dedi: Bu xüsusda lazımı danışıqlar aparılıb və əlaqədar dövlət qrumları arasında da danışıqlar davam etdirilir.
Əli Əlizadə həmçinin dedi: Bakı ən qısa zamanda İslamabadın neft məhsullarına ehtiyacını təmin etməyə hazırdır. Azərbaycan Pakistan ilə neft və qaz satışı üzrə uzun müddətli ödəmə mexanizmi sahəsində də əməkdaşlığa hazırdır.