Bakıda keçirilən iclasda ABŞ-ın İrana qarşı sanksiyaları tənqid edildi
-
Bakıda keçirilən iclasda ABŞ-ın İrana qarşı sanksiyaları tənqid edildi
Azərbaycanda bir qrup siyasi və ictimai fəal bir iclas təşkil edərək, İranda seldən zərər çəkənlərin kədərini bölüşüb, ABŞ tərəfindən İrana qarşı birtərəfli sanksiyaların tətbiq edilməsni qınayıblar.
İRİB-nin verdiyi məlumata görə, Azərbaycannın "Qələm" yazarlar birliyinin təşəbbüsü ilə keçirilən bu iclasda çıxış edənlər ABŞ-ın İran İslam Respublikasına qarşı sanksiyalarını habelə, İranda seldən zərər çəkmiş insanlara yardımların çatdırılmasına mane olmasını tənqid edərək, ABŞ-ın bu aqressiv siyasətlərinə qarşı beynəlxalq etiraz səsinin yüksəldilməsini istəyiblər. Bu iclasda çıxış edənlər həmçinin, İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı ortaqlıqlara, iki ölkə xalqının xoş və çətin günlərdə daim bir-birinin kənarında olmasına işarə edərək, düşmənlərin səylərinə rəğmən ötən illərdə iki ölkə arasında əlaqələrin inkişaf etməsini alqışlayıb, münasibətlərin daha da möhkəmləndirilməsini istəyiblər. İclas iştirakçıları həmçinin, Qərbin terrorizm ilə ikili rəftar etməsini qınayaraq, ABŞ-ın fitnə siyasəti qarşısında müqavimət və mübarizəyə təkid ediblər.