Gənc iranlı sənətkar Bakıda keçirilən musiqi yarışmasının qalibi oldu
Apr 12, 2019 13:40 Asia/Baku
-
Gənc iranlı sənətkar Bakıda keçirilən musiqi yarışmasının qalibi oldu
Bakıda keçirilən klassik musiqi üzrə gənclərarası müsabiqədə iranlı sənətkar birinci oldu.
İRİB-nin bildirdiyinə görə, İranın Bakıdakı mədəniyyət attaşesi Əsğər Farsi bu barədə dedi: 8 İslam ölkəsindən gəlmiş sənətkarların rəqabət apardığı müsabiqədə 17 yaşlı iranlı sənətkar Ramin Məhşidfər piano bölməsində birinci yeri tutub.
Azərbaycan, Mərakeş, Özbəkistan, Misir, Tacikistan, Qazaxıstan və Başqırdıstanın da iştirak etdiyi bu müsabiqənin münsiflər heyətinin üzvlərindən biri də iranlı sənətkar Nasir Cahanara olub.