Azərbaycan R-da zəvvarlara nəzarət qanunu qəbul olunacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i339536-azərbaycan_r_da_zəvvarlara_nəzarət_qanunu_qəbul_olunacaq
Azərbaycan Respublikasının parlament rəsmisi deyib ki, bu ölkədə məsum imamlar(ə)-ın zəvvarlarına nəzarət və ziyarət səfərlərinin məhdudlaşdırılması qanunu qəbul olunacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2019 16:03 Asia/Baku
  • Azərbaycan R-da zəvvarlara nəzarət qanunu qəbul olunacaq
    Azərbaycan R-da zəvvarlara nəzarət qanunu qəbul olunacaq

Azərbaycan Respublikasının parlament rəsmisi deyib ki, bu ölkədə məsum imamlar(ə)-ın zəvvarlarına nəzarət və ziyarət səfərlərinin məhdudlaşdırılması qanunu qəbul olunacaq.

Azərbaycan Respublikasında anti-din təzyiqlərinin şiddətləndirilməsi çərçivəsində bu ölkədə Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov deyib: Yaxın gələcəkdə Azərbaycan Respublikası vətəndaşlarının müqəddəs məkanlara ziyarət səfərləri qəbul olunacaq yeni qanun əsasında tənzim ediləcəkdir.

Novruzov Azərbaycan Respublikası əhalisindən böyük bir qrupun hər il şiə imamları(ə)-ın ziyarətgahlarına səfər etməsinə toxunaraq, deyib: Yeni qanun çərçivəsində bu səfərləri təşkil edən qruplar nəzarətdən keçməlidirlər və azəri zəvvarların müqəddəs məkanlarda təmasda olduqları kəslər də aşkar edilməlidir.