İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Bakıya səfər edib
May 01, 2019 08:38 Asia/Baku
-
İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Bakıya səfər edib
İran İslam Respublikasının mədəniyyət və islam əlaqələri təşkilatının sədr ümumdünya mədəniyyətlərarası dialoq assambleyasının 5-ci iclasında iştirak etmək üçün Bakıya səfər etdi.
İbrahimi Türkəman Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəz Qarayevin dəvəti ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Assambleyasının 5-ci iclasında iştirak etmək üçün Bakıya səfər edib.
İranın Bakıdakı səfirliyinin mədəniyyət attaşeliyinin bildirdiyinə görə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Assambleyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, YUNESKO, BMT-nin Sivilizasiyalar Birliyi, Ümumdünya Turizm təşkilatı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşlığı ilə keçirilir.