Dağlıq Qarabağ Azərbaycanlıları Cəmiyyətinin sədri İranın Azərbaycandakı səfiri ilə görüşüb
-
Dağlıq Qarabağ Azərbaycanlıları Cəmiyyətinin sədri İranın Azərbaycandakı səfiri ilə görüşüb
Dağlıq Qarabağ Azərbaycanlıları Cəmiyyətinin sədri bu gün Bakıda İranın Azərbaycandakı səfiri ilə görüşüb.
İRİB-nin Bakıdan verdiyi məlumata görə, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bu görüşdə müzakirə olunan mövzular haqda dedi: İran İslam Respublikası həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edib və bu görüşün də çox yaxşı nəticələri oldu. Görüşdə qərara alındı ki, bu cəmiyyət İranda oxşar qrumlar ilə sıx əməkdaşlığa malik olsun.
C.Cahangirzadə İran İslam Respublikasının müharibə didərginləri üzrə dəyərli təcrübələrə malik olduğuna işarə edərək, dedi: İclasda qərara alındı ki, bu əlaqələr mediya, ziyalılar və mütəfəkkirlər səviyyəsində davam etdirilsin və mövcud potensiallardan əməkdaşlıqların genişləndirilməsi istiqamətində istifadə edilsin.
İran İslam Respublikasının Azərbaycandakı səfiri iki ölkə arasındakı iqtisadi, siyasi və mədəni əlaqələrin yaxşı səviyyədə olduğuna işarə edərək, dedi: İki ölkədəki ictimai qrumlar arasında əlaqələrin genişləndirilməsi əlaqələrin daha artıq möhkəmlənməsinə kömək edə bilər.