Məşhur azərbaycanlı Quran tərcüməçisi vəfat edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i350419-məşhur_azərbaycanlı_quran_tərcüməçisi_vəfat_edib
Azərbaycanlı Quran tərcüməçisi akademik Vasim Məmmədəliyev vəfat edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 14, 2019 08:44 Asia/Baku
  • Məşhur azərbaycanlı Quran tərcüməçisi vəfat edib
    Məşhur azərbaycanlı Quran tərcüməçisi vəfat edib

Azərbaycanlı Quran tərcüməçisi akademik Vasim Məmmədəliyev vəfat edib.

Tanınmış ilahiyyatçı, şərqşünas alim, əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev uzun sürən xəstəlikdən sonra oktyabrın 13-də, 77 yaşında vəfat edib.

Vasim Məmmədəliyev sovet dövründə akademik Ziya Bünyadov ilə birlikdə "Qurani-Kərim"i ilk dəfə azərbaycan dilinə tərcümə edib. 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub.

Vasim Məmmədəliyev Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, Qafqaz Müsəlmanlari İdarəsi Elmi-Dini Şurasının sədri idi.

Vasim Məmmədəliyev dəfələrlə İranın təşkil etdiyi müxtəlif tədbirlərə dəvət olunaraq, təltif edilibdir. Onun İran səfəri də sənədli film kimi "Səhər" telekanalı tərəfindən hazırlanaraq efirə verilibdir. “İran bir müsafirin gözündə” adlı filmdə  mərhum, həyat yoldaşı ilə birlikdə öz təəssuratlarını bölüşür.