İİR-AR birgə sənaye şəhərciyi salınacaq
-
İİR-AR birgə sənaye şəhərciyi salınacaq
İran İslam Respublikasının Bakıdakı səfiri deyib ki, Azərbaycan Respublikası və İranın birgə sənaye şəhərciyinin salınması əməliyyatı yaxın gələcəkdə başlanacaq.
İran İslam Respublikasının Bakıdakı səfiri Cəvad Cəhangirzadeh dünən Bakıya səfər etmiş İran- Azərbaycan Respublikası birgə ticarət otağının altmış nəfərlik nümayəndə heyətiə görüşdə əlavə edib: Bu sənaye şəhərciyinin salınması kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı və emalı, həmçinin onun məhsullarının iki ölkəyə və hətta region ölkələrinə ixrac olunması məqsədini güdür.
Cəhangirzadeh Azərbaycan Respublikasının iranlı iş adamlarının bu ölkə vasitəsilə MDB ölkələri bazarına daxil olmaları üçün münasib mövqeyə malik olduğunu bildirib. O, İran səfirliyinin lazımi şəraiti yaratmağa və iqtisadi əməkdaşlıqları genişləndirməyə hazır olduğunu qeyd edib.
İran İslam Respublikasının Bakıdakı səfiri son zamanlar ümidvarlıq etmişdi ki, İran ilə Azərbaycan Respublikası arasındakı ticarət mübadilələrinin dəyəri altı yüz milyon dollara çatacaq.