SOCAR-ın qayığında baş vermiş partlayışla bağlı cinayət işi başlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i351376-socar_ın_qayığında_baş_vermiş_partlayışla_bağlı_cinayət_işi_başlanıb
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğu Xəzər dənizində baş vermiş hadisə ilə bağlı birgə məlumat yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 30, 2019 05:38 Asia/Baku
  • SOCAR-ın qayığında baş vermiş partlayışla bağlı cinayət işi başlanıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğu Xəzər dənizində baş vermiş hadisə ilə bağlı birgə məlumat yayıb.

APA-nın xəbərinə görə, məlumatda qeyd olunub ki, oktyabrın 29-da saat 13.00 radələrində paytaxtın Pirallahı rayonunun Gürgan qəsəbəsi yaxınlığında Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində Dövlət Neft Şirkətinin kiçik həcmli ekspedisiya qayığında partlayışla müşayiət olunan yanğının baş verməsi səbəbindən ölən və bədən xəsarəti alanlar var.

Hadisə zamanı xəsarət almış şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq müalicə müəssisəsinə yerləşdirilməsi təmin olunmaqla yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.