Azərbaycan-İran Əməkdaşlıq Komissiyanın azərbaycanlı həmsədri dəyişib
Noy 02, 2019 05:07 Asia/Baku
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiqlənib.
APA-nın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən həmsədri Şahin Mustafayev təyin olunub. Ondan öncə isə Komissiyanın həmsədri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov idi.