Mikayıl Cabbarov sahibkarlara səsləndi
-
Mikayıl Cabbarov sahibkarlara səsləndi
Azərbaycan Respublikasının yeni seçilmiş iqtisadiyyat naziri Mikayıl Cabbarov sahibkarlara səslənib.
Cabbarov sahibkarlara bildirib: Azərbaycan populizmi və populist tələbləri real ehtiyaclardan ayıran imkanlara malik olmalıdır.
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi öz səlahiyyətləri çərçivəsində digər dövlət qurumları ilə vahid komanda halında işləyərək, qeyri-neft sektorunun sürətli inkişafına təkan verəcək.
M.Cabbarov vergi sahəsində aparılan islahatlardan da danışıb. Nazir bildirib ki, vergi sahəsində aparılan islahatlar müsbət nəticələr verib.
M.Cabbarov bununla belə, nöqsanların olduğuna da diqqət çəkib:“Bəzi hallarda gözləntilərimizdən daha yaxşı nəticələr əldə etmişik. Bəzi hallarda isə gözləntilər hələ də özünü doğrultmayıb. Bu sahələrdə müvafiq inzibatçılıq davam etdirilir və nəticələr əldə olunacaq”, - deyə M.Cabbarov bir daha sahibkarlara, iş adamlarına dostluq təklif etdiyini xatırladıb: