Laricani: Tehran ilə Bakı arasında əməkdaşlıqların genişlənməsinə zəmin yaradılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i351675-laricani_tehran_ilə_bakı_arasında_əməkdaşlıqların_genişlənməsinə_zəmin_yaradılıb
İran İslam Respublikası İslami Şura Məclisinin sədri deyib: Hazırkı şəraitdə İran ilə Azərbaycan Respublikası arasında iqtisadi, siyasi, mədəni və ictimai əməkdaşlıqların gücləndirilməsinə yaxşı atmosfer yaradılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2019 17:00 Asia/Baku
  • Laricani: Tehran ilə Bakı arasında əməkdaşlıqların genişlənməsinə zəmin yaradılıb
    Laricani: Tehran ilə Bakı arasında əməkdaşlıqların genişlənməsinə zəmin yaradılıb

İran İslam Respublikası İslami Şura Məclisinin sədri deyib: Hazırkı şəraitdə İran ilə Azərbaycan Respublikası arasında iqtisadi, siyasi, mədəni və ictimai əməkdaşlıqların gücləndirilməsinə yaxşı atmosfer yaradılıb.

İRİB-in verdiyi məlumata görə, İİR İŞM-in sədri Əli Laricani bu gün Azərbaycan Respublikasının Tehrandakı səfiri Bünyad Hüseynov ilə görüşündə deyib: İran xalqı və rəsmiləri həmişə Azərbaycan Respublikası ilə əlaqələrin və əməkdaşlıqların genişləndirilməsində maraqlıdır. 

Laricani İran ilə Azərbaycan Respublikası arasında parlament əməkdaşlıqlarının genişləndirilməsinin vacibliyini vurğulayaraq deyib: İranın İslami Şura Məclisi Azərbaycan Respublikası ilə parlament əməkdaşlıqlarının genişləndirilməsinə heç bir məhdudiyyət nəzərdə tutmur və əlaqələr bütün sahələrdə asanlaşdırılmalıdır. 

Bu görüşdə Azərbaycan Respublikasının Tehrandakı səfiri Bünyad Hüseynov da iki ölkə əlaqələrinin tarixi keçmişə malik olaraq geniş olduğunu bildirib və deyib: Tehran Bakı əlaqələri müxtəlif sahələrdə genişlənməkdədir. 

Bünyad Hüseynov İran ilə Azərbaycan Respublikası arasında turizmin ikişafı üçün həyata keçirilən təşəbbüslərə toxunaraq deyib: Rəsmi Bakı İran ilə əməkdaşlıqların inkişaf etdirilmsini həmişə dəstəkləmişdir. 

Azərbaycan Respublikasının rəsmi qaynaqlarının bildirdiklərinə görə, 2018-ci il üçün Tehran ilə Bakı arasındakı ticarət dövriyyəsi 74 faizlik artıma malik olaraq 446 milyon dollar təşkil etmişdir.