Ankara-Bakı hərbi dialoqu üzrə ali iclas başlanıb
Noy 05, 2019 15:57 Asia/Baku
-
Ankara-Bakı hərbi dialoqu üzrə ali iclas başlanıb
Türkiyə və Azərbaycan Respublikası arasında hərbi dialoq üzrə 12-ci ali iclas Bakıda işə başlayıb.
Türkiyə və Azərbaycan Respublikası arasında hərbi dialoq üzrə 12-ci ali iclas Türkiyə ordusunun baş qərargah rəisinin ikinci müavini general Mətin Qurak və Azərbaycan Respublikası müdafiə nazirinin müavini general Kərim Vəliyevin iştirakı ilə bu gündən etibarən iki gün müddətinə Bakıda keçiriləcək.
Bu ikigünlük iclasda iki ölkənin mövcud hərbi əməkdaşlıqlar səviyyəsi, həmçinin hərbi və müdafiə sahələri üzrə gələcək fəaliyyət və həmkarlıqları müzakirə olunacaq.
Azərbaycan Respublikası müdafiə naziri bu gün bu iclas çərçivəsində Bakıda Türkiyənin yüksək rütbəli nümayəndə heyəti ilə görüşübdür.