Azərbaycanda keçirilən 5ci dövür bələdiyyə seçkilərində seçici fəallığı 32.72% olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i354553-azərbaycanda_keçirilən_5ci_dövür_bələdiyyə_seçkilərində_seçici_fəallığı_32.72_olub
Azərbaycanda keçirilən 5ci dövür bələdiyyə seçkilərində seçici fəallığı 32.72% olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2019 09:48 Asia/Baku
  • Azərbaycanda keçirilən 5ci dövür bələdiyyə seçkilərində seçici fəallığı 32.72% olub
    Azərbaycanda keçirilən 5ci dövür bələdiyyə seçkilərində seçici fəallığı 32.72% olub

Azərbaycanda keçirilən 5ci dövür bələdiyyə seçkilərində seçici fəallığı 32.72% olub.

Azərbaycan Respublikasının  Bələdiyyə seçkilərində saat 08.00-da startı verilən səsvermə saat 19.00-da yekunlaşıb. Seçki məntəqələrində səslərin hesablanması davam edir.

Bu barədə Azərbaycan Respublikasının  MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 1627064 nəfər səs verib və seçici fəallığı 32,72 faiz olub.

Seçici fəallığının ən yüksək olduğu 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. 38 min 621 seçicidən 16 min 800 (43.50 faiz) səs verib.

Eyni zamanda, seçici fəallığının ən aşağı olduğu dairə 40 saylı Kəpəz (Gəncə) İkinci Seçki Dairəsidir. Burada 42 min 085 seçicidən 10 min 156 (24.13 faiz) səs verib.

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində Səsvermə hüququna malik 4 972 356 seçicidən 162 70 64 nəfəri səs verib.