Dağlıq Qarabağda erməni əsgər özünü güllələyib
https://azeri.sahartv.ir/news/azərbaycan-i357212-dağlıq_qarabağda_erməni_əsgər_özünü_güllələyib
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgər özünü güllələyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 05, 2020 05:25 Asia/Baku
  • Dağlıq Qarabağda erməni əsgər özünü güllələyib
    Dağlıq Qarabağda erməni əsgər özünü güllələyib

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgər özünü güllələyib.

Bu barədə "tert.am" portalı məlumat yayıb.Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan əsgərin özünə atəş açması faktını təsdiqləsə də, onun ölmədiyini bəyan edib.

Bakıda nəşr olunan Yeni Müsavat qəzeti erməni əsgərlərinin intiharını Ermənistan ordusunda hökm sürən xaotik vəziyyət ilə əlaqələndirib.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə atəşkəs razılığına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib. Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.