Azərbaycanda seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb
Fev 05, 2020 05:25 Asia/Baku
-
Azərbaycanda seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb
Artıq neçənci seçkilərdir ki, vebkamera praktikasından istifadə olunur. Azərbaycanda məntəqələrin, təxminən, 20 faizə qədəri, yəni 1000 məntəqədə vebkamera quraşdırılıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
M.Pənahov bildirib ki, vebkameralara daxil olmaq çox sadədir. Onun sözlərinə görə, heç bir icazə tələb olunmur: “Heç bir icazə tələb olunmur. İstənilən şəxs MSK-nın rəsmi saytına daxil olmaqla 1000 məntəqədə seçki günü səsvermənin gedişini izləyə bilər.