Deputatlığa namizədlərin polisə çağırıldığı bildirilir
Fev 07, 2020 05:29 Asia/Baku
-
Deputatlığa namizədlərin polisə çağırıldığı bildirilir
Azərbaycanda Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərdə müxalif və bitərəf düşərgədən olan bəzi namizədlər polis orqanlarına çağırıldıqlarını deyirlər.
Deputatlığa namizədlər arasında gərginlik də var. Bu dəfə 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliklərini irəli sürən Qarabağ qazisi Kamil Musavi ilə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında mübahisə yaranıb. Yerli sakinlər Fəzail Ağamalını fitə basıdıqdan sonra o maşınına oturaraq ərazidən uzaqlaşıb.