MSK: Hakim partiya seçkilərin səs çoxluğunu əldə edir
https://azeri.sahartv.ir/news/azərbaycan-i357487-msk_hakim_partiya_seçkilərin_səs_çoxluğunu_əldə_edir
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində protokolların 67%-ni işləyərək ilkin məlumatları açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 10, 2020 10:47 Asia/Baku
  • MSK: Hakim partiya seçkilərin səs çoxluğunu əldə edir
    MSK: Hakim partiya seçkilərin səs çoxluğunu əldə edir

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində protokolların 67%-ni işləyərək ilkin məlumatları açıqlayıb.

Hakim “Yeni Azərbaycan” partiyasından olan namizədlər 125 mandatdan 65 mandat əldə ediblər.

Bazar günü Azərbaycanda növbədənkənar parlament seçkiləri baş tutub, seçicilərin fəallığı 47,81% təşkil edib.

MSK sədri Məzahir Pənahov bazar ertəsi brifinqdə məlumat verib ki,  2 milyon 247,092 min bülleten və ya bütün bülletenlərin 88,19%-I işlənilib.