XİN seçkilərlə bağlı bəyanat yayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i357489-xİn_seçkilərlə_bağlı_bəyanat_yayıb
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Milli Məclisin erkə keçirilən seçkiləri ilə bağlı bəyanat yayıb. Nazirlik Azərbaycanın beynəlxalq öhdəliklərinə tam uyğun olaraq baş tutduğunu qeyd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 10, 2020 13:09 Asia/Baku
  • XİN seçkilərlə bağlı bəyanat yayıb
    XİN seçkilərlə bağlı bəyanat yayıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Milli Məclisin erkə keçirilən seçkiləri ilə bağlı bəyanat yayıb. Nazirlik Azərbaycanın beynəlxalq öhdəliklərinə tam uyğun olaraq baş tutduğunu qeyd edib.

2020-ci il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Seçkilər Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi və Azərbaycanın beynəlxalq öhdəliklərinə tam uyğun  olaraq baş tutub.

Ermənistan təcavüzü nəticəsində Azərbaycanda mövcud 125 seçki dairəsindən 7-nin ərazisinin tamamilə, 3-nün isə qismən işğal edilməsi səbəbindən, həmin ərazilərdən didərgin salınmış daxili məcburi köçkünlərin konstitusion səsvermə hüquqlarından istifadə etmələri üçün ölkə boyu 523 seçki məntəqəsi yaradılıb.

Bu, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının 29 yanvar 2020-ci il tarixli aralıq hesabatında əks olunub. Azərbaycanın işğal olunmuş ərazilərindən olan və doğma yurdlarında səsvermədən məhrum olan məcburi köçkünlər öz səsvermə hüquqlarını onlar üçün təşkil edilmiş bu seçki məntəqələrində həyata keçiriblər.

Seçki prosesi Azərbaycan tərəfinin dəvəti ilə ölkəyə gəlmiş 883  beynəlxalq və 78000-ə yaxın yerli müşahidəçi tərəfindən izlənilib. Eyni zamanda, seçkilərin müşahidəsinə 132 xarici KİV-dən 199 nümayəndə qatılıb.

9 fevral 2020-ci il tarixli parlament seçkiləri Azərbaycan Respublikasının demokratik inkişafı yolunda növbəti önəmli mərhələni təşkil edir. XİN seçkilərlə bağlı bəyanatnda belə deyilir.