Bakıda aksiyaya cəhdin qarşısı alınıb
Fev 12, 2020 04:38 Asia/Baku
-
Bakıda aksiyaya cəhdin qarşısı alınıb
Bakıda Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında keçirilən icazəsiz aksiyanın qarşısı alınıb.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, bu bir qrup şəxs MSK-nın qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.
Təxminən 2 saat MSK nümayəndələrinin onlarla izahedici söhbətlər aparmasına baxmayaraq, həmin şəxslər qanunsuz əməllərini davam etdiriblər.
Belə olan halda polis qanunsuz aksiyanın qarşısını alaraq, onları ərazidən uzaqlaşdırıb. Bu zaman polisə müqavimət göstərən bir nəfər şəxs saxlanılıb.