AR MM KORONAVİRUSLA BAĞLI İCLAS KEÇİRƏCƏK
Mart 14, 2020 10:48 Asia/Baku
MM-in komitələrinin birgə iclasında koronavirusla bağlı qanunun qəbuluna ehtiyac olub-olmadığı müzakirə ediləcək
Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Azərbaycanda koronavirusla bağlı vəziyyət müzakirə ediləcək.
APA-nın verdiyi məlumata görə, dinləmə formatında keçiriləcək müzakirələr bazar ertəsi baş tutacaq.
İclasda Səhiyyə Nazirliyi və digər müvafiq qurumların səlahiyyətli nümayəndələri iştirak edəcək.
Koronavirusla bağlı indiyə kimi görülən işlər, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılacaq, müvafiq qurumların bu sahədə gördüyü işlər nəzərdən keçiriləcək.
İclasda koronavirusla bağlı qanun layihəsinin qəbul edilməsinə ehtiyac olub-olmadığı da müzakirə olunacaq.