Azərbaycan Respublikasında daha 590 nəfər koronavirusa yoluxub, 7 nəfər vəfat edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i363681-azərbaycan_respublikasında_daha_590_nəfər_koronavirusa_yoluxub_7_nəfər_vəfat_edib
Azərbaycan Respublikasında 590 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 24, 2020 17:57 Asia/Baku
  • Azərbaycan Respublikasında daha 590 nəfər koronavirusa yoluxub, 7 nəfər vəfat edib

Azərbaycan Respublikasında 590 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri "Report"a istinadla xəbər verir, Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə ümumilikdə 14 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 768 nəfər müalicə olunaraq sağalıb, 174 nəfər vəfat edib, 6 363 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 9 103 koronavirus testi aparılıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 441 min 961 test aparılıb.