İyul 06, 2020 14:50 Asia/Baku
  • Müdafiə Nazirliyi: Azərbaycan ərazisindən İrana qarşı heç bir addım atılmayıb və atılmayacaq

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İrana hava zərbələri endirdiyi iddia edilən və Rusiyanın “Konteyner” RLS-i tərəfindən aşkarlanan naməlum hərbi təyyarələrin Azərbaycanın hava məkanından istifadə etmələri barədə yayılan məlumatlara münasibət bildirib.

SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, ermənipərəst qüvvələrin yaydığı bu xəbərin heç bir əsası yoxdur və bu, yalandır. Bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədi güdür. Tamamilə aydındır ki, iki ölkə arasında xoş münasibətlərə zərər vurmaq məqsədilə yayılmış məlumat şər və böhtandan başqa bir şey deyil.

“Azərbaycan ərazisindən qonşu ölkə olan İran İslam Respublikasına qarşı indiyədək heç bir addım atılmayıb və bundan sonra da atılmayacaq”, - deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Teqlər