İyul 07, 2020 16:14 Asia/Baku
  • Gömrükçülər Türkiyə vətəndaşının Azərbaycana qanunsuz dərman keçirməsinin qarşısını alıb

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

SəhərAzəri Report-a istinadla xəbər verir, Baş İdarənin "Mazımçay" gömrük postunda Gürcüstandan gələn, Türkiyə vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı yük avtomobili saxlanılıb və gömrük 

baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunun sol yan dolabında gömrük nəzarətinə bəyan edilməyən 606 ədəd müxtəlif adda dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər